Biləşmiş Ştatların Şimali Atlantika Alyansındakı tərəfdaşları, Konqressə keçirilən seçkilərin nəticələrindən narahatlıq keçirməyə başlayıblar. Onlar ehtiyat edirlər ki, respublikaçıların bu seçkilərdə məğlubiyyəti, prezident Trampı Avropaya və NATO-ya qarşı daha sərt mövqe tutmağa sövq edə bilər.
Qərb dövlətlərinin prezidentləri, adətən prezidentlik müddətlərinin sonuna yaxınlaşmasından daha çox qıcıqlanırlar və xarici siyasətdə avantyuralara yol verirlər. Donald Trampın hazırda NATO-ya qarşı aqressiv mövqe göstərməsi bundan irəli gələ bilər.
Politico qəzeti yazır ki, Birləşmiş Ştatların alyans tərəfdaşları olan avropalılar 3 noyabr tarixindən sonra daha pis ssenariyə hazırlaşırlar. Qərbin bir çox liderləri düşünürlər ki, demokratlar bu seçkilərdə üstünlük qazanarlarsa, Trampın daxili siyasətdə səlahiyyətlərini məhdudlaşdıra bilərlər. Belə olan halda, ABŞ prezidenti öz nüfuzunu qorumaq üçün gücünü xarici siyasətə yönəldəcək. Bunun üçün isə, onsuzda əvvəldəndə narazı olduğu NATO əsas hədəfə çevriləcək.
Mətbu orqanın jurnalistləri hesab edirlər ki, Tramp "avropanın təhlükəsizliyi ilə bağlı" bəzi məhdudiyyətlər həyata keçirə bilər. Məsələn, Avropanın təhlükəsizliyi üçün alyansa ödənilən maliyyə vəsaiti azaltmaq adı altında bir neçə min hərbiçisini geri çağıra bilər, Rusiya ilə yaxınlaşmaq məqdədiylə Ukraynaya silah alınmasını məhdudlaşdıra bilər.
Xatırladıtıq ki, ABŞ prezidenti əvvəllərdə Almaniyadan 5 minə yaxın hərbiçisinin çıxarılacağını bildirmişdi. İndi İtaliyadan da hərbiçilərin çıxarılacağını gözləmək olar.
Rəqəmlərə baxsaq, ABŞ-nin hazırda Avropada 80 min hərbiçisi yerləşdirilib. Ekspertlər hesab edirlər ki, İstənilən sayda amerikan əsgərlərinin sayının azalması, Avropanın təhlükədizliyinin zəifləməsi kimi qiymətləndirilə bilər.
İkinci təhlükə- maliyə məsələsidir. Tramp dəfələrlə vurğulayıb ki, ABŞ Şimali Atlantika Alyansı vasitəsiylə Avropanın təhlükəsizlik məsələsində maliyyə yükününun hamısını öz üzərinə götürməməlidir və Avropa müdafiə xərclərini özü həll etməlidir. Məlumdur ki, Avropa bu xərcləri ödəmək iqtidarında deyil.
Bundan başqa, Tramp NATO-nun ifrastruktur, komandanlıq, xəbərdalıq sistemləri proqramlarınında maliyələşdirilməsini məhdudlaşdıra bilər. Bu isə Avropa dövlətlərini əlavə maliyyə mənbələrinin axtarılması kimi çıxılmaz vəziyyətə sala bilər.
Nəzərə alınsa ki, Avropanın təhlükəsizliyi ilə bağlı büdcə vəsaitləri getdikcə artmaqdadır, onda bu dövlətlərin hansı maliyyə sıxıntıları ilə üzləşə biləcəklərini təsəvvür etmək o qədər də çətin olmaz.
Avropa liderləri hələlik özlərini heç nə olmamış kimi aparmağa, ABŞ prezidenti Donald Trampı daha da qıcıqlandırmamağa çalışırlar. Lakin, Brüssel kuluarlarında baş verə biləcək ən pis ssenarilərə hazırlıq həyəcanı özünü açıq şəkildə göstərməkdədir.
Beləliklə, hətta Trampın okeanın o tayındakı rəqibləridə, konqressə seçkilərdə demokratların qələbəsinə ümüd etməklərinin, onlara necə bəlalar gətirə biləcəyini düşünmürdülər...


Bakı -°C
