adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 12:39
43
SAĞLAMLIQ
A- A+

Zəngilanda 86 nəfər stomatoloji müayinədən keçirilib

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda səyyar stomatoloji müayinə aksiyası təşkil olunub.

Adalet.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyəti tərəfindən keçirilən ikigünlük aksiya zamanı ümumilikdə 86 vətəndaş tibbi müayinədən keçirilib.

Aksiya çərçivəsində Zəngilan sakinlərinə fərdi stomatoloji konsultasiyalar verilib, ağız və diş sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim olunub. Müayinələr zamanı vətəndaşların ağız boşluğunun vəziyyəti qiymətləndirilib, mövcud stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb.

Tibbi xidmətlərin göstərilməsi zamanı tam avtonom işləmə imkanına malik portativ stomatoloji avadanlıqlardan istifadə edilib. Bu da səhiyyə xidmətlərinin xüsusi infrastruktur imkanları tələb etmədən əhaliyə çatdırılmasına şərait yaradıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.