adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2026 18:49
48
SAĞLAMLIQ
A- A+

Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı

"Çörək təkbaşına rasionu zərərli etmir. Əsas məsələ onun hansı miqdarda və nə ilə birlikdə yeyilməsidir".

Adalet.az xəbər verir ki, bunu aif.ru-ya rusiyalı diyetoloq və nutrisioloq Sofya Kovanova deyib.

Mütəxəssisin sözlərinə görə, çörək seçimi zamanı həlledici amillər məhsulun tərkibi, lifin miqdarı, porsiyanın ölçüsü və qidanın ümumi kalori dəyəridir. O, qida dəyərinə görə çörək növlərinin xüsusi reytinqini də təqdim edib:

"Əgər qida dəyərini nəzərə alsaq, bütün çörək növləri arasında birinci yerdə tam dənli çörək qərarlaşır. İkinci yeri kəpəkli, üçüncü yeri tumlu, dördüncü yeri çovdar, beşinci yeri isə "Borodino" çörəyi tutur".

Gündəlik istehlak norması ilə bağlı sualı cavablandıran mütəxəssis dəqiq tövsiyəsini verib:

"Gündəlik norma - hər 100 qramında ən azı 6 qram lif olan tam dənli çörəkdən gün ərzində iki dilim yeməkdir"./oxu.az