“Neftimizi ixrac edə bilməsək, bölgəni yandıracağıq” - İranın millət vəkili
İran parlamentinin üzvü Əli Yəzdixah ölkənin neft ixracına maneə yaradılacağı təqdirdə, İranın regiondakı digər ölkələrin neft infrastrukturunu hədəfə ala biləcəyini bəyan edib.
Adalet.az xəbər verir ki, Yəzdixah “Xane-ye Mellət” xəbər agentliyinə müsahibəsində bildirib ki, İranın neft ixracına icazə verilməsə, regionda heç bir ölkə normal fəaliyyətini davam etdirə bilməyəcək.
Hərbi dəniz blokadasına toxunan deputat parlament üzvlərinin blokadanın yarılmasının tərəfdarı olduğunu deyib. O əlavə edib ki, qarşı tərəf buna mane olmağa çalışarsa, İran yenidən hərbi qarşıdurmaya gedəcək.
Yəzdixahın sözlərinə görə, ilk mərhələdə BƏƏ, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanının neft quyuları hədəfə alına bilər.
Digər Xəbərlər
22 Noyabr 2026 19:00
"İsrail Suriyaya hücum edə bilər"
22 Noyabr 2026 18:54
Avropa İttifaqı gələn il miqrant axınında rekord gözləyir
22 Noyabr 2026 18:51
Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər - Kral ailəsində qalmaqal
22 Noyabr 2026 18:36
“Açıq sərhədlər dövlətləri məhv edir” - Tramp
22 Noyabr 2026 17:00
"Nə müharibə, nə sülh” vəziyyətindən çıxmalıyıq" - Pezeşkian
22 Noyabr 2026 16:00
İndoneziyada daha bir zəlzələ oldu
22 Noyabr 2026 15:41
İmtahanlarla bağlı qalmaqala görə bu ölkənin təhsil naziri istefa verdi
22 Noyabr 2026 15:00


Bakı -°C

