Mayli Sayrus ərə getdi
Dünya şöhrətli müğənni Mayli Sayrus beş illik sevgilisi, təbilçi Maks Morando ilə ailə qurub.
Adalet.az xəbər verir ki, cütlüyün toyu noyabrın 21-də ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində, yaxın ailə üzvlərinin iştirakı ilə baş tutub.
Məlumata görə, 33 yaşlı müğənni və 28 yaşlı Liily rok qrupunun təbilçisi hovuz kənarında, ağ canlı güllərlə bəzədilmiş tağın altında bir-birlərinə sevgi andı içiblər. Mərasimdə Maylinin anası Tiş Sayrus və bacısı Noa da iştirak edib. Toydan əvvəl isə cütlük “M+M” adlı xüsusi menyunun təqdim olunduğu şam yeməyi təşkil edib.
Qeyd edək ki, Mayli Sayrus və Maks Morando 2021-ci ilin sonlarından münasibətdədirlər. Maks müğənniyə düz bir il əvvəl Yaponiyanın Kioto şəhərinə romantik səfərləri zamanı evlilik təklifi edib.
Bu, Maylinin ikinci evliliyidir. O, daha əvvəl aktyor Liam Hemsvortla ailəli olub. Cütlük 2020-ci ildə boşanıb.
Digər Xəbərlər
22 Noyabr 2026 19:01
Aysun İsmayılova: "2 aydır çörək yemirəm, 48 kq oldum" - VİDEO
19 Noyabr 2026 12:58
Aktrisa: “Məni işdən çıxmağa məcbur etdilər”
19 Noyabr 2026 12:15
Aktrisa: “Bir qadın görmədim ki, həmcinsinin uğuruna sevinsin”
19 Noyabr 2026 12:09
Xalq artistinin bacısı od püskürdü: “Yaxşı edib, əcəb edib”
19 Noyabr 2026 11:39
Filmdən sonra orqanlarını bağışladılar
19 Noyabr 2026 07:42
Hollivudun ən çox pul qazanan aktyorları
19 Noyabr 2026 07:41
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
18 Noyabr 2026 06:53


Bakı -°C

