ABŞ-ın vitse prezidrnti Cey Di Vens, respublikaçıların konqressə seçkilərdə məğlubiyyətinin əsas səbəbini Tramp administrasiyasının İranla müharibəyə başlamasının strstegiyasının anlaşılmazlığında görür. Bir tərəfdən danışıqlar aparılır, digər tərəfdən ssnksiyalar tədbiq olunur, bir tərəfdəndən yeni raket zərbələri endirilir.
Görünən odur ki, Ağ Ev seçkilərdəki uğursuzluğun səbəbkarlarının axtarışına çıxıb.
Vitse-prezident Cey Di Vens ABŞ prezidenti Donald Trampı təcili olaraq İranla müharibəni dayandırmaq üçün danışıqlara başlamağa çağırır. Axios mətbu orqanı qeyd edir ki, vitse-prezident bu münaqişənin populyar olmadığını, İsrailin baş naziri Benyamin Netantahinun tez-tez səhvlərə yol verdiyini vurğulayır.
Mətbu orqan yazır ki, prezident administrasiyasında bir qrup vitse-prezidentin mövqeyi ilə razılaşır, lakin, prezident Donald Tramp hələ ki, bir qərara gələ bilmir.
Vensin sözlərinə görə, administrasiya amerikanların rəğbətini geri qaytarmaq üçün İranla müharibənin dayandırılması məsələsinə və Qətbi Yerusəlimlə münasibətlərinə yenidən baxılmalıdır.
Amerikan kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, seçkilərin ağır nəticələri prezident administrasiyasında fikir ayrılığı yaradıb. Bir qrup vitse-prezidentin təklif etdiyi- İranla müharibəni dayandırıb danışıqlara başlamağın, MKİ-nin rəhbəri Con Retkliff və maliyyə naziri Skott Bessent başda olmaqla digər tərəf isə, dəniz blokadasının davam etdirməklə iqtisadi blokadanı gücləndirməyin təraftarıdırlar. Üçüncü tərəf isə, Trampı İrana yeni zətbələr endirməklə Tehranı sülhə məcbur etməyə çağırır.
Bildirildiyinə görə, prezident Donald Tramp qətiyyətlə İranın enerji obyektlərinə zərbələr endirmək imkanlarını araşdırır. Bu arada bildirilir ki, Pentaqon regiona əlavə hərbi qüvvələr göndərməyə hazırlaşır.
Konqressdə çoxluq qazanan demokratlar yanvar ayından fəaliyyətə başlayacaq. Görünən odur ki, ABŞ prezidenti qalan iki ay ərzində qəti qərar qəbul etməlidir. Ya sülh, ya da müharibəyə davam. Çünki, yeni ildən demokratlar onun "əl-qolunu" bağlamağa, sərbəst qərarlar qəbul etməsini əngəlləçəyə çalışacaqlar...


Bakı -°C
