Müharibə davam edəcək...
Rusiya- Ukrayna müharibəsinin dayandırırması ilə bağı ABŞ-ın iştirakı ilə Abu-Dabidə aparılan Rusiya-Ukrayna danışıqları başa çatdı. Danışıqların nəticəsi tam açıqlanmasada, görüşdə əsas məsələ-atəşin dayandırılması ilə bağlı razılaşma əldə olunmadığı göz qabağındadır.
Düzdür, tərəflər araslıda hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı ümumi razılıq əldə edilib. Lakin, Avropanın, Ukrayna və Rusiyanın təhlükəsuzliyi ilə bağlı məsələ geniş müzakirə edilsədə, yekun nıticəni qənaətbəxş hesab etmək olmaz.
Rusiya nümayəndə heyyəti atəşin müvəqqəti dayandırılması ilə bağlı Ukrayna tərəfinin təklifini rədd edib. Onlar hesab edirlər ki, Ukrayna atəşkəslə bağlı yaranan fasilədən istifadə edərək silahlı qüvvələrini gücləndirməyi planlaşdırır. Ona görə də Rusiya münaqişənin tamamilə dondurulmasının və dayanıqlı sülhün bağlanmasının məqsədə uyğun olduğunu bəyan edib.
Ukrsyna isə, təbii ki, münaqişənin birdəfəlik dondurulmasını istəmir. Əslində bu Ukraynanın işğal olunmuş ərazilərinin birdəfəlik itirilməsi kimi qiymətləndirilə bilər.
Bundan başqa, Rusiya atəşin dayandırılmasından sonra, əraziyə avropa və ya hər hansı bir üçüncü dövlətin hərbi kontingentinin yerləşdirilməsini də qəbul etmir. Kremlin nümayəndə heyyəti xəbərdarlıq edib ki, belə bir hal yaşanarsa, bu qüvvələr Rusiya ordusunun qanuni həfəfinə çevriləcəklər.
Göründüyü kimi, avropa dövlətlərinin nümayəndə heyyəti Abu -Dabiyə gəlsələrdə, danışıqlarda iştirak edə bilməyiblər. Fransa, Böyük Britaniya və Almaniyanın təhlükəsizlik məsələləri üzrə nümayəndə heyyətləri, yalnız görüşdən əvvəl Ukrayna və ABŞ nümayəndə heyyətləri ilə məsləhətləşmələr aparmaqla kifayətləniblər.
Abu-Dabidə danışıqlar başa çatdı. Dünənki yazımızda qeyd etdiyimiz kimi, dünyanın həsrətlə gözləyi "sülh" və ya ən azı "atəşkəs" razılaşması əldə olunmadı. Açıq şəkildə görünür ki, Rusiya üzdə müharibənin dayanmasının tərəfdarı olduğunu bəyan etsədə, bunu istəmir. Nümayəndə heyyətinin rəhbəri Medinskinin "bizim bayraqlarımız asıldığı yerlərdən çıxsrıla bilməz", " Rusiya itirdikləri əraziləri bir-bir geri qaytaracaq" ifadələri qarşıdakı planlarının müharibənin davam etdiriləcəyinə açıq təhdid kimi qiymətləndirilməlidir.
Medinskinin yadına salmaq istərdik ki, Rusiya bayraqları bir vaxtlar Reystaqda, Polşada, Macarıstanda, Yuqoslaviyada, Rumıniyada, Çexoslavakiyada, hətta ABŞ-ın gözünün qabağında- Kubada və keçmiş postsovet respublikalarındada dalğalanırdı. Artıq 30 ildən çoxdur çıxarılıb atılıb...
ABŞ okeanın o tayında, yəni uzaqdadır. Avropa isə bu təhdidləri bir başa qəbul edib deşünməlidir, Ukraynaya hərbi dəstəyə davam, yoxsa tamam...


Bakı -°C
