adalet.az header logo
  • Bakı -°C

Pisliyi Yer üzündən silib atardım... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
90 | 2026-10-20 09:10
A- A+

 Dünyada elə insanlar var ki, onları heç vaxt unutmaq olmur! Çünki o insanlar adi insanlar deyil! Və o insanlar  nurdur, işıqdır və mələkdirlər. Onların əlindən heç vaxtı pislik gəlməz, ancaq yaxşılıq gələr, xeyirxahlıq gələr,arxa durmaq  gələr! Həmişə də düşünürəm ki, nə yaxşı belə adamlar var! Nə yaxşı ki, Allahın qoyduğu yolla gedən insanlar hələ az da olsa , yaşayır... Yoxsa dünyanın Günəşi çoxdan sönərdi və bu dünya qaranlıq , zülmət içində olardı...  

Və mənim bu dünyada o qədər də çox dostum qalmayıb! Onlar barmaqla sayıla bilər . O barmaqla sayılan dostlardan biri Azərbaycan Aşıqlar Birliyinin sədri , filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, bir də Aşıqlar Birliyinin katibi , Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur! Və orda bir dostumuz da var- Aşıq Şəhriyar! Mən həmin ocağa tez - tez gedirəm! Haçan dostlarım üçün darıxdım, oranı, qardaşlarımı ziyarət edirəm, onlarla görüşəndən sonra ruhum, qəlbim  sakitləşir, iç dünyam işıqla , nurla dolur! Xeyli y idi ki, dostum və qardaşım Məhərrəm müəllim bir qədər narahat idi. Ancaq bu böyük ziyalını, bu böyük insanı ziyarət edəndən sonra gördüm ki, maşallah dostumuz yaxşılaşıb  və ovqatı da pis deyil.Məni görəndən sonra . əhval -ruhiyyəsi bir qədər də  yaxşılaşdı!

Böyük Zəlimxan Yaqubdan danışdı, şairin aşıq sənətinə olan sevgisindən, xidmətindən söhbət açdı! Və bizim ortaq qardaşlarımız , dostlarımız olub; Borçalı elinin böyük ziyalısı, böyük müəllimi, şairi Səməndər Məmmədov və filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafa! Onların hər biri haqqında Məhərrəm müəllimin çox zəngin xatirələri  var. Və o xatirələrdən danışdı! Dedi ki, Səməndər müəllim saz , söz adamıydı. Zəlimxan Yaqub Səməndər müəllimi " Zəlimxanın gəzər kitabxanası " adlandırırdı! Məhəmmədəli Mustafanın isə dostluğündan, səmimiyyətindən, sadəliyi dən, sədaqətlindan söz açdı! Dedi ki, hər iki dostumuz Allahın dərgahına qovuşsa da, amma həmişə yasayırlar. Əgər hər dəfə biz görüşəndə onları yada salırıqsa, xatırlayırıqsa, deməli onlar ruhən bizim yanımzdadır!

Səməndər müəllim həm də mənim 35 il qonşum olub. Biz onunla qonşu yox, dost, qardaş , sirdaş olmuşuq. O günü nəvəsini gördüm! Bir də  gördüm ki, uşaq deyir : - Faiq əmi, necəsən?   - Çox sağol dedim! Və alnından öpdüm! Eynən babası Səməndər müəllimə çəkib və ona oxşayır. Bu yaxınlarda  isə Səməndər müəllimin ömür-gün yoldaşı, mənim bacım, böyük müəllim Pəri xanımı gördüm! İkidaşın arasında Səməndər müəllimi xatırladıq! Və dedim ki, nə vaxta qədər biz varıq , Səməndər müəllim də var! Deyəsən, bu fikrim müəlliməyə bir qədər təsəlli  oldu! Yeri Cənnət olsun, Səməndər müəllimin! Elə yazımı da Səməndər Məmmədovun bir şeiri ilə tamamlamaq istəyirəm:      

Yaradan yaradıb bu insanları-

Niyə çoxu acıdildir, acıdır?

Qurban olum tanıdığım nurlara,

Yaxşıları, yaxşıların  tacıdır.  

Kaş məni yaradan od yaradaydı,

 

Sönmüş vicdanları nura bilərdim.

Pisliyi Yer üzündən silib atardım,

Göydən insanlara paklıq  ələrdim.  

Butamızı qoruyaq, Ərən kimi, ər kimi.

Sevgi oddur, o oddan , Çıxaq Səməndər kimi.

  • Sentyabr:
  • 25

TƏQVİM / ARXİV