"Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"
Müğənni Müjgan Ayxan şəxsi həyatı ilə bağlı maraqlı açıqlaması ilə diqqət çəkib.
Adalet.az xəbər verir ki, sənətçi Elgiz Əkbərin verilişində qonaq olarkən ailə qurmaq istədiyi şəxsin əslində evli olduğunu sonradan öyrəndiyini danışıb.
Müjganın sözlərinə görə, həmin şəxsin ailəli olmasından xəbərsiz olub. Hətta kişinin anası iki qadınla birlikdə onun ailəsinə elçi gəlib. Daha sonra məlum olub ki, həmin qadınların hər ikisi kişinin həyat yoldaşıdır və onu üçüncü xanım kimi ailəyə gətirmək istəyiblər.
"Keçən dəfə ailə qurmaq istədim, oğlan evli çıxdı. Ailəsi ilə maraqlanmırdı, telefonuna nə zəng, nə də mesaj gəlirdi. Haradan bilim ki, evlidir? Anası mənimlə elçiliyə gəlmişdi. Lap biabırçılıq oldu. İki xanımla gəlmişdi, məlum oldu ki, hər ikisi bunun arvadıdır. Məni də üçüncü kimi almaq istəyib", - deyə müğənni bildirib.
41 yaşlı həmin şəxsin həyat yoldaşlarının da ona bənzədiyini deyən Müjgan Ayxan həyat yoldaşı seçimində öz zövqünü də açıqlayıb. O, Özcan Deniz tipli kişiləri bəyəndiyini söyləyib.
Müğənninin bu etirafı studiyada və sosial şəbəkələrdə müzakirələrə səbəb olub./Milli.az
Digər Xəbərlər
12 Noyabr 2026 13:32
Burak Özçivit serialı final etməsin deyə görün nə etdi
12 Noyabr 2026 10:57
Sərxan Kərəmoğlu həmkarından gileyləndi
12 Noyabr 2026 10:48
Əməkdar artist: “Bunu etməyə ixtiyarım yoxdur”
09 Noyabr 2026 20:00
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
09 Noyabr 2026 18:10
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
09 Noyabr 2026 11:31
“İki il boyunca o anı gözlədik” - “Şahzadə Mustafa”dan etiraf
08 Noyabr 2026 14:13
Ərinə görə övladının toyunu təxirə saldı
07 Noyabr 2026 21:10


Bakı -°C

