adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2026 16:00
64
DÜNYA
A- A+

ABŞ Ukraynaya Donbas qarşılığında NATO üzvlüyü təklif edib?

ABŞ nümayəndələri son danışıqlar zamanı Ukraynadan Donbas regionundan hərbi qüvvələrini geri çəkmək müqabilində NATO-ya üzvlüyə razı olub-olmayacağını soruşublar.

Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Amerika rəsmiləri belə bir məsələni son diplomatik təmaslar zamanı ilk dəfə gündəmə gətiriblər.

Zelenski qeyd edib ki, Kiyev Ukraynanın suveren ərazilərindən geri çəkilmək və onları təslim etmək niyyətində deyil. Bununla belə, NATO üzvlüyü, hüquqi baxımdan məcburi təhlükəsizlik təminatları və ölkənin bərpası üçün maliyyə dəstəyini əhatə edən konkret təklif olsa, bu məsələ Ukrayna cəmiyyətinin müzakirəsinə çıxarılacaq.

“Əgər Amerika tərəfi bunu digər NATO müttəfiqləri ilə birlikdə bizim üçün təsdiqləsə, onda cəmiyyətimizin rəyini soruşacağam: bunu qəbul edirik, yoxsa etmirik? Mənim öz mülahizəmə əsasən belə bir addım atmamağa haqqım yoxdur. Lakin konkret detallar olmalıdır. Hələlik belə detallar yoxdur və bütün bunlar müzakirə mərhələsindədir”, – deyə Zelenski vurğulayıb.