“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
"Sevgi naminə həyatında olanlardan, arzularından imtina edən qadınları qınayıram. Həyatımdakı insana da, rəfiqələrimə də deyirəm ki, bu, iradəsi zəif, psixoloji problemləri olan insanlarda baş verir. Bəlkə də uşaqlıqda hansısa travma yaşayıblar. Səhv anlaşılmasın, heç övladım üçün belə sənətimdən keçmərəm. Sənətimə 20 ilimi vermişəm. Övladım olmayanda da ifaçı idim".
Adalet.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Kəşfet" proqramında deyib. İfaçı sevgi naminə həyatından və arzularından imtina edən qadınları qınayıb. Ayan belə qadınların iradəsinin zəif olduğunu bildirib.
Müğənni qızının gələcəkdə onun yolunu davam etdirməsini istəmədiyini də söyləyib. O, övladının yaradıcılıqla məşğul olmasını arzulasa da, müğənniliyi seçməsinə tərəfdar olmadığını vurğulayıb:
"Qızıma deyirəm ki, müğənni olma, oxuma, yanımda yaşa. Sənin yolun fərqli olacaq. İstəyirəm yaradıcı insan olasan, rəssam, skripkaçı olasan, amma öz yolunu seç. Müğənni olmağını istəmirəm. Çox əziyyət çəkmişəm, istəmirəm qızım da bunları yaşasın. Qızım özəl məktəbdə oxuyub, o, gələcəkdə burada yaşamayacaq.
Övladını hansısa yerə çıxarıb, öz həyatından keçən valideyn deyiləm. Özüm də yaxşı yaşamalıyam. Həyatımı heç kimə qurban vermirəm, vermərəm. Övladım mənim qayğıma möhtacdır, amma heç kimə özümü qurban verən qadın deyiləm". (Axşam.az)
Digər Xəbərlər
14 Noyabr 2026 23:31
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
14 Noyabr 2026 15:36
"Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"
12 Noyabr 2026 13:32
Burak Özçivit serialı final etməsin deyə görün nə etdi
12 Noyabr 2026 10:57
Sərxan Kərəmoğlu həmkarından gileyləndi
12 Noyabr 2026 10:48
Əməkdar artist: “Bunu etməyə ixtiyarım yoxdur”
09 Noyabr 2026 20:00
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
09 Noyabr 2026 18:10
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
09 Noyabr 2026 11:31


Bakı -°C

