adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2026 23:21
54
DÜNYA
A- A+

“Rubio İran xalqını aclıqdan öldürməklə hədələyir”

“ABŞ Dövlət katibi İran xalqını aclıqdan öldürməklə hədələyir”.

Adalet.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “X” hesabında yazıb.

XİN sözçüsü qeyd edib ki, ABŞ-nin İrana qarşı uzun müddətdir yürütdüyü “təhdidlər, sanksiyalar, terror və təcavüz” siyasəti uğursuzluğa düçar olub, lakin Vaşinqton hələ də eyni səhvləri təkrarlamaqda davam edir.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio bundan əvvəl verdiyi açıqlamada Tehranın Vaşinqtonla razılığa gəlmək istədiyini, lakin irəli sürdüyü şərtlərin qeyri-ciddi və gülünc olduğunu bildirmişdi: DDüşünürəm ki, İran həqiqətən razılaşmaq istəyir. Problem ondadır ki, onların irəli sürdüyü şərtlər gülüncdür. Hazırda onlar hətta ciddi deyillər. Amma bu dəyişə bilər. Nəticədə yemək yeməlisən”