Bunlar kiminlə məzələnirlər?
Hazırda dünyada ən aktiv müharibə şəraitində yaşayan üç ölkənin liderləri "Dünyaya sülh" gətirmək şüarı altında görüşə hazırlaşırlar (???).
Çin dövləti ilə Tayvan arasında illərdi davam edən münaqişə hələ ki, aktiv silahlı müharibəyə çevrilməsədə, bunun nə vaxtsa baş verməyəcəyinə heç kim təminat verə bilməz. Çünki, münaqişənin həll olunması ilə bağlı tərəflərin irəli sütdüyü şərtlər məsələnin həllini silahlı müharibəyə aparır.
ABŞ artıq neçənci ildir İranla açıq müharibə aparır. Hələlik regionda silahlar sussada, bunun davamlı sülhlə bitəcəyi inandırıcı görünmür. ABŞ rəsmi Tehrandan nüvə proqramını dayandırmağı və Hötmüz boğazının ticarət gəmilərinin sərbəst hərəkəti üçün açılmasını tələb edir, İran isə bu tələbləri yerinə yetirməkdən imtina edir. Bu isə, ABŞ-ın yenidən İran ərazilərinə raket zəbbələri endirmək ehtimalını günü-gündən artırır.
Rusiyanın Ukrayna ərazilərinə hücum etməsindən və suveren dövlətin 20 faizə yaxın ərazilərini kşğal etməsundən 5 ilə yaxın vaxt ötməsunə baxmayaraq, silahlar bu gündə susmur, qanlı müharibə davam edir. ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq təşəbbüsləri (???) hələ ki, heç bir nəticə vermir. ABŞ prezidentinin xüsusi rlçilərinin müharibənin dayandırılması üçün tərəflər arasında apardığı danışıqlar nəticəsiz qalmaqdadır.
Beləliklə, özləri aktiv müharibə aparan dovlətlərin başçıları hansı üzlə "Dünyaya sülh" gətirə biləcəkləri "maraq" doğurur.
Aprelin 1-də deyil ki, onların zarafat etdiklərini, dünya ilə məzələndiklərini ciddiyə almayaq...


Bakı -°C
