adalet.az header logo
  • Bakı -°C
24 Oktyabr 2026 13:27
72
GÜNDƏM
A- A+

Yaxşı adam... - Faiq QİSMƏTOĞLU yazır

Mən hər dəfə dünyasın dəyişmiş dostlarım haqqında yazı qələmə alanda  düşünürəm ki, görəsən, yaxşı adamlar olmasaydı dünya nə təhər olardı? Elə özüm də bu suala tez cavab tapıram:" Dünyada qan su yerinə axardı,  Yer üzü qapqarnalığa, zülmətə bürünərdi! Və yaxşı insanların, yaxşı adamların hesabına dünyamız hələ kı işığın , nurun itirməyib! Belə yaxşı adamlardan, etibarlı dostlardan biri də , jurnalist, yazıçı-publisist rəhmətlik  Surxay Əlibəyli idi! Onunla mən həm iş yoldaşı, həm də dost, qardaş , sirdaş olmuşuq.

Surxayı tanımaq üçün çox yox , elə bircə dəfə yol yoldaşı olmaq lazım idi. Mən onunla uzun müddət " Ədalət" də bir yerdə işləmişəm, dəfələrlə   rayonlara ezamiyyətə getmişəm və onun kimi gözü tox, səmimi , halal adam çox az görmüşəm.Və heç vaxt öz marağını, mənafeyini düşünməyib. Hər şeydən öncə halallığı, dürüstlüyü  fikirləşib. Ona görə də Surxay qardaşımızla kim dostluq edirdi, onun sədaqətindən, saflığından razı qalırdı. Surxay Əlibəyli həm yaxşı dost , həm yaxşı jurnalist, yazıçı publisist, həm də vətənpərvər insan idi.

Çox zəngin  dünyagürüşü  və güclü mütaliəyəsi vardı. Bunu onun danışğında, qələm aldığı publisist yazılarda və bir də araya-ərsəyə gətirib çap etdirdiyi kitablarda  hiss eləmək, görmək olardı. Çox şirin ,səmimi bir- birindən gözəl yazılar orta qoyardı. Və heç vaxtda deməzdi ki, mən yaxşı yazaram! Əksinə özündən həmişə narazı qalardı! Bu da onun istedadından  və içindən gələn bir   xarakter idi.

Ağdamınan, Seyid ocaqları ilə bağlı çox möhtəşəm kitablar  yazmîşdı. Bu kitablar asanlıqla başa gəlməmişdi, çünki Surxay  həmin kitablara illərini sərf eləmişdi, gözünün nurunu, ürəyinin atəşini qoymuşdu. Çətin durumda olanda belə ən yaxın dostlarına ağız açmaz, bütün problemləri təkbaşına, öz gücünə həll edirdi. Və həmişə də kimdənsə, çəkinməz, sözünü dik həmin adamın özünə deyərdi. Biz Surxayın necə cəsarətli olduğunu  özümüz görmüşük. Bir dəfə aramızda soyuqluq yaranmışdı, daha doğrusu, ondan heç bir səbəb olmadan küsmüşdüm! " Azərbaycan nəşriyyatı" nın birinci mərtəbəsindəki yeməkxanada raslaşdıq. Dedi ki, məndən niyə küsmüsən, dədəm dədənə güllü atıb, yoxsa, özüm sənə  güllə atmışam? Gördüm ki, kişi düz deyir. Qucaqlaşıb- ölüşdük  , sonra bir tikə çörək yedik və dostluğumuz davam elədi. O, heç kimlə küsülü qalmağı sevməzdi. Ona görə də bütün dostlar onu çox istəyirdi.

Ağdamda uzun müddət parkın direktoru işləyib! Və hamıya da çörək verib, yaxşılıq edib. Onun yanına gedən bir qonağı ac-susuz buraxmayıb. O günü Rüstəm Hacıyev və Əbülfət Mədətoğlu bir daha Surxay qardaşımızın mehribanlığından , dostluqda sədaqətindən , səmimi və şirin söhbətlərindən danışdılar. Dedilər ki, Surxay Əlibəyli kimi əliaçıq, səxavətli və səmimi adamlar çox azdır! Onların Surxayla bağlı  i qədər şirin xatirələri var ki!  Noyabrın 5- i Surxay Əlibəylinin  Allahın dərgahına qovuşduğu gündür.

Və hər il bir payız günündə- noyabrın 5- də onu bütün dostlarla bir yerdə yada salıram! Ruhuna dualar oxuyur və  " yerin Cənnət olsun!" deyirəm! Və yazımı da xalqın şairi Vaqif Bəhmənlinin iki bənd şeiri ilə tamamlamaq istəyirəm:   Xətri  xətirlərdən əziz;  El gözündə  xandı,  bəydı. Sözü bütöv, andı təmiz - Yaxşı adam ayrı şeydi.      Ucaların  ucasıdı Qəlbi səma  , yurdu göydü. Tanrının bir parçasıdı , Yaxşı adam ayrı şeydi.