“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! - YENİLƏNİB
"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.
Adalet.az xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2
Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.
Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.
Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
23:20
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda 7-ci qol vurulub.
Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 5:2.
Əlavə vaxtda, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.
23:02
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda altıncı qol vurulub.
Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.
22:58
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əlavə vaxt oynanılır.
Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hazırda hesabda öndədir - 3:2.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.
22:47
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.
Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.
Tellur Mütəllimov adını tabloya yazdırıb.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.
22:31
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.
Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.
Umarali Raxmonaliyev 74-cü dəqiqədə fərqlənib.
22:15
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.
Adalet.az-ın məlumatına görə, qonaqlar yenidən hesabda önə keçib - 2:1.
61-ci dəqiqədə Qay Mizrahi adını tabloya yazdırıb.
21:54
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, hələlik hesab bərabərdir - 1:1.
Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.
Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.
21:37
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.
Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.
21:27
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.
Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
***20:50
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.
Adalet.az-ın məlumatına görə, matçda ilk qolu qonaqlar vurub.
10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
20:45
Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.


Bakı -°C

