adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Fevral 2023 15:02
283
GÜNDƏM

2 fevral Azərbaycan Gəncləri Günüdür - TƏBRİK

Bu gün , yəni  2 fevralal  tarixi 1997-ci  ildən Azərbaycan  Gənclərinə  Ulu  öndərin böyük  diqqətinin  göstəricisidir! Məhz  həmin tarixdən ölkə  gəncləri  2  FEVRALI   bayram kimi  qeyd  edirlər.

Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, gəncliyə  münasibətdə də  bir çox ölkələri qabaqladı. Və məhz  bundan sonra , yəni  1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.

Heydər Əliyevin rəhbərliyi  dövründə  gəncliyə və gənclərə olan etimadı bu gün də  uğurla  davam etdirilir.  Belə ki, Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. 

"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyev gənclərin  həm də  Vətənin ən  dəyərli  kapitalı, xilaskarı  olduğunu da  xüsusi  qeyd  edib.Hamımız   Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının canlı  şahidi olduq.

Bu gün Bayramlarını  qeyd edən gənclərimiz öz  bilik  və  bacarıqları  ilə də  layiqli  varis  olduqlarını  sübut ediblər  və  hər  gün  də  bu yolu  uğurlarla  zənbginləşdirirlər! Ona  görə də biz  Gənclərimizlə  fəxr  edirik! Və ümid  dolu  sabahlarımız  olan  gənclərə  üz  tutub  deyirik:

-  Əziz gənclər, bayramınız mübarək!

 

Hörmətlə: Millət vəkili Aqil Abbas

və “Ədalət” qəzetinin kollektivi