23 Oktyabr 2024 10:07
1214
MƏMLƏKƏT

2014-2024 hadisələrinin bənzərliyi: Hasmik bizdəndir, Nüsrət də onlardan...

Xatırlayırsınızsa, 2014-cü ildə bir hadisə hamını xeyli qəzəbləndirmişdi. Həmin ilin 21-dən 22-nə keçən bir avqust gecəsində naməlum şəxslər tərəfindən Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verilmişdi.

Müqəddəs məkan olan bu ziyarətgahda belə vandalizm aktının törədilməsi haqlı olaraq cəmiyyətdə geniş ictimai rezonans doğurdu, qəbirləri təhqir edilmiş şəhidlərin yaxınları da daxil olmaqla bir çox vətəndaşımız ölkə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edərək həmin iyrənc hadisəni törədənlərin tezliklə yaxalanıb ədalət mühakiməsinə verilməsini, onların barəsində ən ciddi cəza tədbirinin görülməsini xahiş etdi.

Axtarışlar uzun çəkmədi. Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs - sentyabrın 24-də, səhər saatlarında, Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalandı və istintaqa təhvil veridi.
Bu 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur. Həmin vaxt ictimaiyyət “damarında erməni qanı olan” , “erməni oğlu” kimi söyüş tərkibli sözlərlə qəzəblərini söndürdülər.


Adalet.az xəbər verir ki, hadisənin analoji variantı Ermənistanda da baş verib.

Beləki, Qarabağda ölmüş “erməni qəhrəmanlarının” şəkillərinə boya tökən qadın aşkar edilib. Erməni mediasının dediyinə görə, bir neçə gün əvvəl İrəvanın Puşkin küçəsindəki binalardan birində qadının 44 günlük müharibə iştirakçılarının portretlərini necə çəkdiyini əks etdirən video yayılıb.

İrəvan Şəhər İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri geniş əməliyyat-axtarış tədbirləri sayəsində bu yaxınlarda paytaxt sakini, 62 yaşlı Hasmik G. aşkar edilərək, şübhəli şəxs qismində saxlanılıb.
Ermənilərə məxsus İnternet TV-lərin hadisə ilə bağlı şəhər sakinlərindən aldığı müsahibələrdə respondentlər deyir ki, bu hadisəni törədənin qanında türk qanı var, erməni bunu etməz, bunu erməni qəhrəmanlarına qarşı ancaq düşmən edə bilər.

 

 

 

Hər iki hadisəni təhlil edərkən son nəticə belə olur ki, Nüsrət Qasımov ermənilərin, Hasmik isə azərbaycanlıların qanını daşıyır. Ona görə də, Nüsrət onlardan əmələ gəlib , Hasmik də bizdən!

 


Əntiqə Rəşid