2020-ci ilin noyabrından bəri neçə nəfər mina qurbanı olub? - ŞOK RƏQƏM
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 340 vətəndaşı mina qurbanı olub.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki səhifəsində dərc etdiyi infoqrafikada deyilir.
İnfoqrafikada qeyd olunub ki, göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 275 nəfər isə yaralanıb.
2022-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 111 mülki şəxs və 164 hərbçi yaralanıb.
Digər Xəbərlər
01 Oktyabr 2026 18:45
Hava dəyişir - BDYPİ sürücülərə müraciət etdi
01 Oktyabr 2026 17:50
Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
01 Oktyabr 2026 13:22
Yaşar Gülər Zakir Həsənovla Şuşada - FOTOLAR
01 Oktyabr 2026 11:56


Bakı -°C

