Hərbçilərimiz Gürcüstandakı təlimdə
Gürcüstanın Müdafiə Nazirliyinin Saçxeri Dağçılıq Təlim Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən “Təməl Yay Dağ Təlimi” kursu başa çatıb.
Adalet.az xəbər verir ki, təlim müddətində hərbi qulluqçular şaquli istiqamətdə hərəkət və enmə, xüsusi dağçılıq avadanlıqlarından, əl və ayaq texnikalarından istifadə edərək qayalara dırmanma, həmçinin dağlıq və qayalıq ərazilərdə müxtəlif praktiki tapşırıqları yerinə yetirib.
Bağlanış mərasimində çıxış edənlər kurs iştirakçılarının əldə etdikləri bilik və bacarıqların əhəmiyyətini, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçuları arasında birgə fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Kursun keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dağlıq və qayalıq ərazilərdə fəaliyyəti üzrə praktiki bacarıqlarının təkmilləşdirilməsi, dağçılıq avadanlıqlarından düzgün və təhlükəsiz istifadə vərdişlərinin artırılması, eləcə də iştirakçı ölkələrin hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılması olub.
Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar və döş nişanları təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Digər Xəbərlər
01 Oktyabr 2026 09:41
Sahil Babayev Samir Şərifovun qərarında dəyişiklik etdi
30 Sentyabr 2026 23:05
Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandı
30 Sentyabr 2026 23:03
Azərbaycanın sahillərini BARBAROS qoruyacaq
30 Sentyabr 2026 22:40
Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? - Açıqlandı
30 Sentyabr 2026 16:43
Deputatların aylıq pensiya əlavəsi vəzifəyə görə müəyyən ediləcək
30 Sentyabr 2026 16:41
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək
30 Sentyabr 2026 16:24
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək
30 Sentyabr 2026 15:57


Bakı -°C

