"AQEM sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident
Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır.
Adalet.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə, həmçinin qeyd edilib: “Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir”.
Digər Xəbərlər
01 Oktyabr 2026 11:17
Prezident Çin liderini təbrik edib
01 Oktyabr 2026 10:38
"Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir" - İlham Əliyev
01 Oktyabr 2026 00:13
Zakir Həsənov britaniyalı və slovakiyalı həmkarları ilə görüşdü - FOTOLAR
30 Sentyabr 2026 19:00
Prezidentin sosial şəbəkə hesablarında sərgidən PAYLAŞIM
30 Sentyabr 2026 18:44
Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi
30 Sentyabr 2026 18:36
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR + YENİLƏNİB
30 Sentyabr 2026 18:25
Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü
30 Sentyabr 2026 18:22


Bakı -°C

