Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
"Bu dəfə ölkə başçısının manatın ucuzlaşmayacağı ilə bağlı fikrini şəxsən və kifayət qədər qəti şəkildə ifadə etməsi məsələnin ciddiliyini bir daha göstərir".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycan qarşıdakı dövrdə makroiqtisadi tarazlığın qorunmasının əsas elementlərindən biri kimi manatın məzənnə sabitliyini saxlamaqda davam edəcək.
"Bunun üçün iqtisadi əsaslar da var. Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur, valyuta bazarında təklif tələbi üstələyir, strateji valyuta ehtiyatları 90 milyard dolları keçib və xarici borcdan təxminən 20 dəfə çoxdur. Yəni, hazırda manatın sabitliyini qorumaq üçün həm iqtisadi imkan, həm maliyyə resursları, həm də siyasi iradə mövcuddur. Bütün bunlar manatın məzənnə sabitliyinin hələ bir neçə il qorunacağı ehtimalını kifayət qədər gücləndirir".
Digər Xəbərlər
21 Oktyabr 2026 22:00
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
21 Oktyabr 2026 11:44
Azərbaycanda yağ kəskin bahalaşdı
21 Oktyabr 2026 10:20
AZƏRBAYCANDA DAĞ-MƏDƏN EKOLOGİYASININ İNKİŞAF PERSPEKTİVLƏRİ
21 Oktyabr 2026 08:04
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
20 Oktyabr 2026 13:18
Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb
20 Oktyabr 2026 12:07
"Tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımından vacibdir" - Deputat
20 Oktyabr 2026 11:14
Elektron ticarətlə məşğul olanların nəzərinə!
20 Oktyabr 2026 10:53


Bakı -°C

