“Qalatasaray” Fransada tarix yazdı - 27 ildən sonra ilk
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə Fransanın “Lill” klubunu 4:2 hesabı ilə məğlub edib.
Adalet.az xəbər verir ki, ilk dəfə qarşılaşan tərəflərin mübarizəsində İstanbul təmsilçisi tarixi nailiyyətə imza atıb.
İstanbul klubu 1999-cu ilin oktyabrında “Herta Berlin”i 4:1 hesabı ilə üstələdiyi qarşılaşmadan sonra ilk dəfə Çempionlar Liqasında səfər matçında rəqib qapısından 4 top keçirib və cari mövsümdə ilk qələbəsini qazanıb.
“Qalatasaray”a qələbə gətirən qolları 2-ci dəqiqədə Yunus Akgün, 44-cü dəqiqədə Aleksey Batrakov, 52-ci dəqiqədə Berke Özer (öz qapısına) və 61-ci dəqiqədə Viktor Osimhen vurublar. Ev sahiblərinin qollarını isə 8 və 39-cu dəqiqələrdə Diaun vurmağı bacarıb.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqası tarixində Fransa klubunun qapısına bir oyunda 4 qol vurmağı bacaran ilk Türkiyə komandası kimi tarixə düşüb.
Digər Xəbərlər
21 Oktyabr 2026 18:13
“Barselona” fransalı azarkeşlərin açdığı bannerə görə UEFA-ya şikayət etmək istəyir
21 Oktyabr 2026 13:25
Mariya Şarapova Bakıya gəlir
21 Oktyabr 2026 09:20
Çempionlar Liqası: "Bavariya" "Arsenal"a, "Qalatasaray" "Lill"ə qarşı
21 Oktyabr 2026 07:05


Bakı -°C

