Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar - FOTO
Azərbaycanlı itkin düşmüş şəxslərin ailə üzvləri ilk dəfə Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətində qəbul olunublar.
Adalet.az xəbər verir ki, oktyabrın 21-də Brüsseldə keçirilən görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzvləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali ilə görüşüblər.
Təxminən bir saat davam edən görüşdə itkin ailələri Ermənistanın münaqişədən sonrakı dövrdə də yaxınlarının taleyi barədə heç bir məlumat təqdim etmədiyini bildiriblər.
İctimai Birliyin sədri Könül Behbudova oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanında etiraz aksiyası keçirdiklərini və bəyanat qəbul etdiklərini diqqətə çatdırıb.
O vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyinə görə birbaşa məsuliyyət daşıyır və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməlidir.
Könül Behbudova işğaldan azad edilmiş Azərbaycan ərazilərində indiyədək 32 kütləvi məzarlığın aşkarlandığını bildirərək, bunu böyük humanitar faciənin yalnız bir hissəsi kimi qiymətləndirib.
Görüşdə, həmçinin oktyabrın 21-də Brüsselin mərkəzi Şuman meydanında azərbaycanlı itkin ailələrinin növbəti aksiyasının keçirildiyi qeyd olunub.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin nümayəndələri yaxınlarının taleyinə aydınlıq gətirilənədək etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Digər Xəbərlər
21 Oktyabr 2026 20:04
Ərdoğan İlham Əliyevi Ankaraya dəvət etdi
21 Oktyabr 2026 19:49
Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
21 Oktyabr 2026 19:36
Leyla Əliyeva Beynəlxalq Konqresdə çıxış etdi - FOTOLAR
21 Oktyabr 2026 17:10
İlham Əliyev bu sazişləri təsdiq etdi - YENİLƏNİB
21 Oktyabr 2026 15:06
Sosial şəbəkələrdəki müzakirələr Azərbaycan–Türkiyə müttəfiqliyinə təsir edə bilər? – AÇIQLAMA
21 Oktyabr 2026 13:55
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21 Oktyabr 2026 13:22
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI
21 Oktyabr 2026 12:50


Bakı -°C

