adalet.az header logo
  • Bakı -°C
21 Oktyabr 2026 13:25
80
İDMAN
A- A+

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək.

Adalet.az xəbər verir ki, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək.

Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktoru Mo Qavdat, "Nike" şirkətinin keçmiş baş marketinq direktoru Qreq Hoffman və iqtisadiyyat üzrə 2025-ci il Nobel mükafatı laureatı Coel Mokir spiker qismində çıxış edəcəklər.

Xatırtladaq ki, Mariya Şarapova karyerası ərzində beş dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olub. Beynəlxalq turnirlərdə Rusiyanı təmsil edən tennisçi WTA turnirlərinin 34 qat qalibi, 2012-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. İdmançı 21 həftə ərzində dünya reytinqinin birinci pilləsində qərarlaşıb

O, 2025-ci ildə "International Tennis Hall of Fame"ə daxil edilib. İdman karyerasını başa vurduqdan sonra sahibkarlıq və investisiya fəaliyyəti ilə məşğul olan Şarapova "Moncler" şirkətinin direktorlar şurasının üzvüdür. O, həmçinin "The New York Times"ın bestseller siyahısına daxil edilmiş kitabın müəllifidir.