adalet.az header logo
  • Bakı -°C
21 Oktyabr 2026 13:39
67
ƏDƏBİYYAT
A- A+

Əbülfət  Mədətoğlu: Tənhalığımın ŞEİRİ

( Çapa  hazırlanan "Tənhalığın  kitabı" adlı  kitabımdan...)

Köklənmişəm  xatirələr  üstündə ,
Yenə  köhnə  havamızı  çalıram...
Çox  şükür ki, itməyibdi  yaddaşım-
Nə yaxşı ki, bu  havada  qalıram!

Gör  nə qədər  zaman  keçib  aradan - 
Seçməmişik  hələ  ağı- qaradan! 
Bu  ömrü də  bizə  verib  Yaradan - 
Onu da ki, bərkə-  boşa  salıram!

Büdrəsə də  gah  ayağım, gah  əlim,  
Təki  sən  de, qaya  çapım, dağ  dəlim!   
Gözlədiyim  bir  Ümiddi, bir  Ölüm -
Arada da   xəyallara  dalıram!

Hər  kəsdə  var  Yaradana  bir  Xitab                                        
Dil  deməsə , qalacaqdı  sirr xitab! 
Tənhalığım - özü  qalın  bir  kitab -                             
 Mən  ləzəti  tənhalıqdan  alıram!