adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 13:13
58
ƏDƏBİYYAT
A- A+

Bizi fərqləndirən 2-ci mərtəbədir... - Araz Hüseynov yazır

İnsanı heyvandan fərqləndirən, onun beyninin "2-ci mərtəbəsi"dir. Ona mən 2-ci mərtəbə deyirəm. Bunun adı hipokampusdur. Amma birinci mərtəbə də var (hipotalamus və Amiqdala). Hipokampus heyvanda yoxdur.

Nədir bu?? Hipokampusda, yəni, 2-ci mərtəbədə "abır", "həya", "hissləri cilovlama", "özünüidarə" kimi məsələlər nəzarətdə saxlanılır. Bu nəzarəti həyata keçirən hipokampusdur. Birinci mərtəbədə isə elə heyvandakı kimidir. Yəni, burada qidalanma, yatma, çoxalma, kimnən gəldi cinsi təlabat, ifrazat, ağınama, anqırma--"gündüz naxır, axşam axur" məsələləri yer tutur. Bunlara təbii ehtiyaclar deyilir. Yəni, harada qarnı acdı, orada da nə tapdı yeyəcək.

Harada yuxuladı, orada da çöküb yatacaq. Harada ifrazatı gəldi, elə orada da başlayacaq... Amma insanda, yəni, həqiqi insanda və ya özünə nəzarəti olan insanda bu fərqli olmalıdır. Yəni, insan harada gəldi təbii ehtiyaclarını ödəmək istəsə, həmin o 2-ci mərtəbə ona imkan verməyəcək ki, harada gəldi təbii ehtiyacını ödəsin. Harada gəldi yesin, içsin, ağınasın, yıxılsın-dursun, çoxalsın, ifrazatını buraxsın, söyüş söysün, anqırsın və sairə.. 

İnsan təbii ehtiyacını harada gəldi ödəmək istəyəndə, hipokampus "işə düşür" və ona"deyir": "Ayıbdır- buranı batırma, ayıbdır-ağınama, ayıbdır-bu qədər içib meymuna dönmə, ayıbdır-burda çoxalmaq olmaz, ayıbdır-söyüş söymə ayıbdır-sosial şəbəkələrdə və əks cinslərinə hisslərini necə gəldi açıb-tökmə və sairə.. 

İİndi fikirləşirəm ki, bəs harada gəldi bu sadaladıqlarımı edən dırnaqarası insanlar da var axı. Görəsən onlarda "2-ci mərtəbə"yoxdurmu? Varsa, bunlar niyə bu yaşa gəlib çatıb amma heyvani mərtəbədən 2-ci mərtəbəyə qalxmayıblar?Fiziologiyanın bizə öyrətdiklərinin neçədə birini bunlar edə bilirlər?

Və yaxud "birinci mərtəbə" ilə yaşayanlara nə ad verək?? İnsan, yoxsa.. İkinci mərtəbəsi olub, hipokampusu normadan artıq olanlara nə ad vermək olar? Onlar necə yaşasınlar? Onlar "yaşayırlarmı"? Onlara cəmiyyət necə qiymət verir? İkinci ya birinci mərtəbə də yaşayanların hansı biri yaxşıdır indiki cəmiyyət üçün?