adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 16:34
84
İDMAN
A- A+

Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?

Türkiyə millisinin baş məşqçi postu ilə bağlı diqqətçəkən yenilik baş verib.

Adalet.az "A Spor"a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) baş məşqçi vəzifəsi üçün Sergen Yalçına təklif göndərib.

Yığma komandanın yeni çalışdırıcısının kim olacağı maraqla gözlənildiyi bir vaxtda, bütün diqqətlər TFF-nin İdarə Heyətinə yönəlib.

Yekun qərarın qurumun sabah keçiriləcək iclasından sonra açıqlanması ehtimal olunur.

Qeyd edək ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ı çalışdırıb.

Xatırladaq ki, italiyalı məşqçi Vinçenzo Montella ilə yollarını ayıran TFF yığmanı gənc çalışdırıcı Arda Turana tapşırmağı hədəfləmişdi. 39 yaşlı məşqçi isə "Şaxtyor Donetsk"dən ayrılmaq istəmədiyini bildirərək, yığmaya rəhbərlik etmək planlarının olmadığını bəyan edib.