Zakir Həsənov britaniyalı və slovakiyalı həmkarları ilə görüşdü - FOTOLAR
Sentyabrın 30-da "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələlərinə dair bir sıra maraqlı görüşlər keçirilib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov beynəlxalq sərgidə iştirak edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb.
Müdafiə naziri ölkəmizin Birləşmiş Krallıqla və Slovakiya Respublikası ilə bütün sahələrdə, xüsusilə də müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığa daim maraqlı olduğunu vurğulayaraq, bu əlaqələrin mövcud vəziyyətindən razılıq bildirib.
Azərbaycanda səfərdə olmaqdan və sərgidə iştirak etməkdən məmnunluq ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker və Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak dövlətlərimizin müdafiə strukturları arasında hərbi təhsil, hərbi-texniki innovasiyalar, həmçinin digər istiqamətlərdə əməkdaşlıqların müsbət müstəvidə davam etdiyini vurğulayıblar.
Görüşlərdə nazirlər müdafiə və təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair gələcək planları müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
30 Sentyabr 2026 19:00
Prezidentin sosial şəbəkə hesablarında sərgidən PAYLAŞIM
30 Sentyabr 2026 18:44
Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi
30 Sentyabr 2026 18:36
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR + YENİLƏNİB
30 Sentyabr 2026 18:25
Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü
30 Sentyabr 2026 18:22
Özümüz güclü olmalıyıq - Səxavət Məmməd yazır
30 Sentyabr 2026 18:21
Baş prokuror MDB ölkələrinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında
30 Sentyabr 2026 17:48
Kərim Vəliyev iranlı generalla görüşdü
30 Sentyabr 2026 16:06


Bakı -°C

