"Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir" - MŞ
Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub.
Adalet.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.
Azərbaycan Mətbuat Şurası "Real TV"nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir. Şura bildirir ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Azərbaycan Mətbuat Şurası eyni zamanda vurğulayır ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir.
Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcəkdir.
Digər Xəbərlər
29 Oktyabr 2026 12:52
Etik prinsiplər, özünütənzimləmə, yanlış sərlövhə seçimi və peşəkar jurnalistikanın fərqi
28 Oktyabr 2026 17:25
Xoşqədəm Hidayətqızı Mehdiyevdən YAZDI: "Məni qəzaya salmaq istəyirdilər..."
28 Oktyabr 2026 14:46
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü - FOTOLAR
26 Oktyabr 2026 10:01
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57
Jurnalistlərin adından saxta mesajlar göndərilir - Mətbuat Şurasından xəbərdarlıq
19 Oktyabr 2026 17:28
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
16 Oktyabr 2026 13:46


Bakı -°C

