MŞ bəzi media subyektlərini peşə etikası qaydalarına əməl etməyə çağırıb
Azərbaycan Mətbuat Şurası son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənara çıxması ilə bağlı bəyanat yayıb.
Adalet.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, xüsusilə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilmədən məlumatların yayılması, hadisələrin tələsik və səthi təqdim olunması media fəaliyyətində məsuliyyət və peşəkarlıq məsələlərini gündəmə gətirir.
Mətbuat Şurası vurğulayıb ki, bu cür hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur.
Bildirilib ki, medianın ictimaiyyəti operativ məlumatlandırması vacib olsa da, bu, faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin obyektiv təqdimatı və peşə etikası prinsipləri hesabına baş verməməlidir.
Bəyanatda şəxsi həyatın toxunulmazlığı məsələsinə də xüsusi diqqət çəkilib. Qeyd olunub ki, ictimai əhəmiyyət daşımayan şəxslərin həyatına dair məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlara uyğun deyil.
Şura hesab edir ki, informasiyanın təqdimatı zamanı insan ləyaqətinə hörmət, şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması əsas etik tələblər kimi nəzərə alınmalıdır.
Mətbuat Şurası media subyektlərini və jurnalistləri fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad prinsiplərini əsas götürməyə çağırıb.
Bəyanatın sonunda jurnalistikanın sensasiya, reytinq və diqqət cəlb etmək naminə ictimai əhəmiyyətli informasiya missiyasını qurban verməməli olduğu vurğulanıb.
Mətbuat Şurası media təmsilçilərini, jurnalistləri və müstəqil jurnalist fəaliyyəti ilə məşğul olan şəxsləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi əməl etməyə çağırıb.
Digər Xəbərlər
23 Noyabr 2026 11:21
Media və Yayım Şurası qəzetlərə və saytlara dəstək üçün müsabiqə elan etdi - YENİLƏNİB
20 Noyabr 2026 12:52
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
20 Noyabr 2026 11:48
Media və Yayım Şurası bu müsabiqə qaydalarında yeniliklər edib
19 Noyabr 2026 18:46
Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
18 Noyabr 2026 17:06
Mətbuat Şurasında komissiyaların tərkibi təsdiqləndi - FOTO
18 Noyabr 2026 10:12
Mətbuat Şurasında “İnfoschool Bloger Məktəbi 2” layihəsinin iştirakçıları ilə görüş keçirilib
17 Noyabr 2026 16:33
Mətbuat Şurası İdarə Heyəti üzvünün müəllifi olduğu sənədli film COP31-də nümayiş edilib
17 Noyabr 2026 14:25


Bakı -°C

