FHN-dən hava ilə əlaqədar MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 25-də respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır".
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
"Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin",- məlumatda qeyd edilib.
Digər Xəbərlər
24 Noyabr 2026 15:41
Gənclərin çağırışaqədərki hazırlığına dair əsasnamə təsdiq edilib
24 Noyabr 2026 15:25
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirdi
24 Noyabr 2026 13:48
Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək
24 Noyabr 2026 13:43
Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur
24 Noyabr 2026 13:42
Vəzifəli şəxslər üçün bu məhdudiyyətlər olacaq
24 Noyabr 2026 13:42
Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar
24 Noyabr 2026 13:41
İanə alma ilə əlaqədar məhdudiyyətlər müəyyənləşir
24 Noyabr 2026 13:40


Bakı -°C

