Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Bu barədə Adalet.az-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun həll ediləcəyi bildirilib.
Müraciətlər əsasən, qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürüldüyü vətəndaşların diqqətinə çatdırılıb.
Digər Xəbərlər
24 Noyabr 2026 13:48
Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək
24 Noyabr 2026 13:43
Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur
24 Noyabr 2026 13:42
Vəzifəli şəxslər üçün bu məhdudiyyətlər olacaq
24 Noyabr 2026 13:42
Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar
24 Noyabr 2026 13:41
İanə alma ilə əlaqədar məhdudiyyətlər müəyyənləşir
24 Noyabr 2026 13:40
Vəzifəli şəxs maraqları üçün xidməti vəzifəsindən istifadə etməməlidir
24 Noyabr 2026 13:39
Bu əmlakların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək
24 Noyabr 2026 12:56


Bakı -°C

