Emil Faiqoğlunun SÖZ XƏZİNƏSİ
Qış hər gün bizə addım-addım yaxınlaşır və onun ayaq səslərin eşidirik! Elə adamlar var ki, ürəyi və iç dünyası qış kimi soyuqdur!!!
***
Görəsən, evyıxan, mərdimazar insanlar heç olmasa bir dəfə Allahı yadlarına salırmı??? Yəqin ki, yox! Onlar Allahı yadlarına salsalar belə alçaq işlərlə məşğul olmazlar!!!
***
Allahı sevən və ondan qorxan insanlar ən kamil adamlardı!!!
***
Ömrü boyu pulun dalınca qaçanların və heç kimə yaxşılıq eləməyənlərın axırda it kimi öldüyünü gördüm!!!
***
Sənin nəfəsin yaz ətri kimidi...Onu hiss edəndə adam yaz ömrü yaşayır...
***
Sən mənim ürəyimin parasısan,qəlbimin yarısısan və bəxt ulduzumsan! Səni verənə min şükür! Sən olmasaydın mən çoxdan yox idim...
***
Bu dünyada Allahdan sonra səni çox istəyirəm! Nolar, Allahım ayırma biz?!
***
Bilmirəm, kimi deyib:" Ədalət cibində pul olandadır..." Yəni pulunu ver, ədalətini al!!!
***
Qoca və sağalmaz xəstəliyə düçar olmuş insanların xətrinə dəyməyin! Onlar bu dünaynın qonağıdı...
***
İnsan bir şeyi itirəndən sonra qədrin bilir!
***
Hər gün bir sevinc, hər gün bir ömür... Sadəcə olaraq yaşadığınız günlərin qədrini bilin!!!


Bakı -°C

