Əbülfət Mədətoğlu: Əvvəlin sonu...
Mən günümü göy əsgiyə bükmüşəm
Unudulub , yaddan çıxıb çəkdiyim...
Aşkarda yox, mən içimdə çökmüşəm-
Ötüb gedib, bilməmişəm, gəncliyim...
Aşıb çoxdan yer qovuran Gün dağı
Günlərimi eləmişəm kül dağı!..
Ürəyimdə neçə adda yara var -
Heç biri də xatırlatmır çildağı!
Atın çapır yəhərsiz, həm yüyənsiz -
Ümidsizlik, qovur həm də qovulur...
Qalan gündən qoca dünya yiyəsiz -
Bu ömür də necə gəldi sovulur...
Haya çatmır nə çırpınmaq, nə çırpmaq
Yavaş-yavaş yaxınlaşır diz yerə...
Qəm, bilirəm, qoyacaqdı çıl- çılpaq -
Ürəyimi, düşməyəcək iz , yerə!..


Bakı -°C

