adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2026 10:42
41
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Fərəhli Günün DUASI        

Bir  dağ  yamacında, qaya  dizində - 
Üstünə  əyilən  bulud  dammasın!  
Həmişə təbəssüm  görüm üzündə - 
Gözlərin heç vaxtı  buludlanmasın!

Fikrin  dolaşanda, qayğılananda  
Toxunsun telinə  səsimin mehi... 
Sən özün- özünlə yalqız qalanda - 
Ovutsun qəllbini sözümün  şehi!

İnancdan süzülüb ,  inamdan  doğan  
Sevginin şəfqəti  yar  payın  olsun!  
Sənə  Qibləm!-deyib    ümidlə  baxan - 
Bu  ürək , bir  ömür  çarpayın  olsun!

Əlində  əlimi  dayaq  nöqtəsi  
Gözündə  gözümü  işıq  seli  say!   
Sevgi - bəxt  yazısı,  Tanrı diqtəsi - 
Onu da    heç bir  kəs  silə  bilməz