adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2026 10:10
34
SİYASƏT
A- A+

“Ermənistan cəmiyyəti xarici siyasət kursu və Azərbaycanla sülh məsələsində...”

“Nikol Paşinyan siyasi karyerasına baxdıqda bir məsələni xüsusu qeyd etmək lazım gəlir. Paşinyan ən riskli anlarda həmişə eyni üsula əl atır: tərəzinin bir gözünə Ermənistan umun mühüm olan bir məsələni, digər gözünə isə özünün siyasi taleyini qoyur. 2018-ci ildə küçədən hakimiyyətə gələndə də, 2021-ci ildə hərbi məğlubiyyətdən sonra istefa verib növbədənkənar seçkiyə gedəndə də bu taktikadan istifadə edib. Noyabrın 19-da Ermənistanın baş naziri Azərbaycanla sülhün taleyinə münasibətdə də bu kartı yenidən masaya qoydu”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

Politoloq bildirib ki, Ermənistan hökumətinin iclasında 2026–2031-ci illər üçün fəaliyyət proqramı təsdiqləndi:

“Proqrama yeni Konstitusiyanın qəbulu və Azərbaycanla sülh prosesinin möhkəmləndirilməsi daxildir. Paşinyan həmin iclasda müxalifətə açıq şəkildə referenduma getməyi təklif edərək bildirdi ki, xalq Konstitusiyanı rədd edərsə, istefa verəcək. Qəbul edərsə, növbəti və ya növbədənkənar olmasından asılı olmayaraq sonrakı seçkilərdə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək. Paşinyanın bu təklifinin arxasında sadə parlamentdəki qüvvələr nisbətinə dair sadə bir hesablama dayanır”. 

Onun sözlərinə görə, iyun seçkilərindən sonra "Vətəndaş müqaviləsi" 105 yerlik parlamentdə 64 mandata malikdir:

““Güclü Ermənistan" blokunun 29, "Ermənistan" blokunun isə 12 yeri var. Konstitusiya layihəsini referenduma çıxarmaq qərarı 70 səs çoxluğu ilə qəbul edilməlidir. Yəni hakim partiyaya daha altı səs lazımdır. Paşinyanın müxalifətdən istədiyi də məhz bu altı səsdir. Müxalifətin cavabı isə gecikmədi. "Güclü Ermənistan" fraksiyasının katibi Tiqran Abrahamyan bildirdi ki, Paşinyan istefaya razılaşsa belə, onlar bu planı dəstəkləməyəcəklər. Onun sözlərinə görə, müxalifətin hakimiyyət dəyişikliyi üçün öz planı var və növbədənkənar seçkilərə hazırdır. "Ermənistan" blokundan deputat Kristine Vardanyan isə səslərinin referendum qərarını bloklamaq üçün istifadə olunacağını açıqladı. Yəni hər iki müxalifət qanadı Paşinyanı təklifinə faktiki olaraq "yox" dedi. Paşinyanı təklifinin məntiqi ilk baxışda paradoksal görünür. O, hər iki halda baş nazir kreslosundan ayrılmağa razıdır. Ermənistan müxalifəti illərdir yeni Konstitusiyanı "Paşinyanın Konstitusiyası" və "Türkiyə-Azərbaycan tandeminin təzyiqi altında yazılan sənəd" kimi təqdim edir. Baş nazir isə şəxsi faktoru tamamilə oyundan çıxarmaq istəyir: konstitusiya referendumu təyin olunsun, referendumdan sonrakı ilk seçkidə referendumun nəticəsindən asılı olmayaraq Paşinyan baş nazir kimi siyasi karyerasına son qoyacaq. Paşinyanı belə mövqeyini təkcə taktiki yox, həm də strateji cəhətdən rusiyayönlü maxalifəti çətin vəziyyətə salan güclü gediş kimi qiymətləndirmək olar”. 

Onun fikrincə, əgər müxalifətin əsas hədəfi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdırsa, bu təklif həmin hədəfə nail olmaq üçün ən qısa yoldur:

“Onu bəri başdan rədd etmək o deməkdir ki, müxalifəti Paşinyanın hakimiyyətdən getməsi deyil, mövcud Konstitusiyanın dəyişməməsi və Azərbaycanla sülh prosesinin tamamlanmaması daha çox maraqlandırır. Abrahamyanın "istefa verə də, dəstəkləmərik" cavabı məhz bunu bir daha təsdiq edir. Başqa sözlə , müxalifətin əsil məqsədi hakimiyyətin dəyişməsi yox, Konstitusiyanın dəyişməzliyi, Azərbaycana və Türkiyəyə qarşı ərazı iddialarının formal hüquqi əsaslarının qalmasıdır.Paşinyan özü də məhz bu məqamı açıq şəkildə ifadə edərək parlament müxalifətini Azərbaycanla davamlı sülh qarşısında qalan əsas maneə adlandırıb. Onun fikrincə, sülh məsələsində qalan problemlər əsasən texniki xarakter daşıyır, əsas çətinlik isə daxili siyasi müqavimətdir. Baş nazir iki yol göstərib: ya cəmiyyətin müxalifətə təzyiqi artmalıdır, ya da siyasi proseslər onları parlamentdə yersiz qoymalıdır. Bu sonuncu fikir növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalına açıq işarə kimi qiymətləndirilə bilər. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, hakimiyyət uğrunda mübarizə aparan parlament müxalifətinin referenduma getməkdən aşıq-aşkar imtina etməsi ölkə daxilində bə beynəlxalq aləmdə uğurlu siyasi taktika hesab olunmur və imtinaçı müxalifətin siyasi imicinə zərbə buran, onun nüfuzunu aşağı salan amil kimi qiymətləndirilir.Paşinyan hakimiyyəti rəsmi səviyyədə konstitusiya islahatının Ermənistanın daxili məsələsi olduğunu bildirir. Bu, formal hüquqi baxımdan belə olsa da, siyasi baxımdan Konstitusiya islahatı regional sülhün əsas şərtidir. Yəni Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına əsas olan müddəalarsız yeni konstitusiya qəbul edilməsə, sülh müqaviləsi praktiki olaraq imzalanmayacaq. TRIPP marşrutu üzrə işlər sürətlənsinə baxmayaraq, Türkiyə-Ermənistan sərhədinin açılması da Azərbaycan–Ermənistan arasında hərtərəfli razılaşmadan asılıdır. Yəni Paşinyanın müxalifətdən istədiyi 6 səs bütün regional arxitekturanın açarı ola bilər.Paşinyanın təklif qəbul olunub referendum təyin olunsa belə belə, Paşinyanın qələbəsi zəmanətli deyil. Ermənistan qanunvericiliyinə görə, referenduma çıxarılan sənəd iştirakçıların yarısından çoxu lehinə səs verdikdə və bu səslər bütün seçicilərin ən azı dörddə birini təşkil etdikdə qəbul olunur. Müxalifət peferendumun təyinin bloklaya bilməsə, növbəti addımda Konstitusiyanın əleyhinə çıxmaq və ya referendumda iştirak etməmək taktikası seçilə bilər”. 

Onun sözlərinə görə, hazırda Ermənistan cəmiyyəti xarici siyasət kursu və Azərbaycanla sülh məsələsində dərin qütbləşib:

“Konstitusiya referendumu bu qütbləşmənin ən yüksək nöqtəsinə çevrilə bilər,Paşinyanın təklifininrəsm Bakı üçün həm pozitiv, həm də narahatedici məqamları var. Pozitiv məqam ondan ibarətdir ki, Ermənistan rəhbəri prosesi geri dönüşsüz etmək üçün şəxsi karyerasını qurban verməyə hazır olduğunu göstərir. Narahatedici məqam isə ondan ibarətdir, hazırkı proses artıq tək bir siyasətçinin – Paşinyanın taleyinə bağlanıb. Paşinyansız Ermənistanın sülh prosesini davam etdirib tamamlamağa nə dərəcədə hazır və siyasi iradəsinni olması isə cavabı qabaqcadan məlum olmayan sual kimi qalır.Ermənistanın yeni Konstitusiyasının layihəsinn bu gün dərc olunacağı gözlənilir.. Məhz o zaman preambulanın necə dəyişdirildiyini, Bakının tələbinə necə cavab verildiyini görəcəyik. Bu sənəd Bakı üçün Paşinyanın sözlərindən daha vacib göstərici olacaq. Güney Qafqazda sülh prosesinin tamamlanması indi daha real, lakin riskli görünür. Paşinyan bu riskləri öz siyasi karyerasınə qurban verməklə qarşılamağa hazırdır. Ermənistan cəmiyyəti və onun siyasi elitasını bu qurbanla sülhə hazır olub olmaması isə sual altındadır”.

Vasif ƏLİHÜSEYN