İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasının milli bayramı – 29 Oktyabr Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır. 2021-ci ildə Sizinlə birgə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər
29 Oktyabr 2026 12:30
Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı
29 Oktyabr 2026 12:00
Vəzifəli şəxs maraqları üçün xidməti vəzifəsindən istifadə etməməlidir - Yeni qanun
29 Oktyabr 2026 11:55
“Yaşasın Türkiyə Cümhuriyyəti, yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!”
29 Oktyabr 2026 11:52
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29 Oktyabr 2026 10:42
“Dövlət başçısının bu təşkilatların rəhbərləri ilə daimi və səmərəli dialoqu ölkəmizin...”
29 Oktyabr 2026 10:35
“Azərbaycançılıq ideyası ətrafında birləşən cəmiyyətin həmrəyliyi...”
29 Oktyabr 2026 10:30
“Buna görə də İsraildə hökumətin gələcəyi partiyalar arasındakı danışıqlardan...”
29 Oktyabr 2026 09:09


Bakı -°C

