Tanınmış jurnalist ARB-dən çıxarılır
“Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb.
Adalet.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq.
"Bu qərar sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra ona bildirilib və səbəb kimi “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi” göstərilib. Bu gün də suallarım qalır və onlara cavab gözləyirəm”, - deyə aparıcı qeyd edib.
C.Həmidov hazırda ARB-də fəaliyyətini davam etdirdiyini, çəkilişlərin getdiyini və yeni mövsüm üçün buraxılışların hazırlandığını bildirib.
O, kanalda 20 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb.
C.Həmidov həmçinin bundan sonra kanalın kimlər tərəfindən və hansı şəraitdə idarə edildiyi barədə danışacağını bildirib.
Qeyd edək ki, Ceyhun Həmidov uzun illərdir “Kriminal” verilişinin aparıcısı kimi fəaliyyət göstərir.
Digər Xəbərlər
30 Oktyabr 2026 15:00
Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü - FOTOLAR
29 Oktyabr 2026 13:39
"Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir" - MŞ
29 Oktyabr 2026 12:52
Etik prinsiplər, özünütənzimləmə, yanlış sərlövhə seçimi və peşəkar jurnalistikanın fərqi
28 Oktyabr 2026 17:25
Xoşqədəm Hidayətqızı Mehdiyevdən YAZDI: "Məni qəzaya salmaq istəyirdilər..."
28 Oktyabr 2026 14:46
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü - FOTOLAR
26 Oktyabr 2026 10:01
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57


Bakı -°C

