Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü - FOTOLAR
Media və Yayım Şurasında Liberiya Respublikasının informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay ilə ikitərəfli görüş keçirilib.
Bu barədə Adalet.az-a Media və Yayım Şurasından məlumat verilib.
Bildirilib ki, görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq perspektivlərinin, təcrübə mübadiləsinin genişləndirilməsinin və informasiya mübadiləsi sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, mədəniyyətlərarası dialoqun təşviqində, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində və ölkələr haqqında obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.
Liberiyanın informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay Azərbaycanla media və kommunikasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi perspektivlərini vurğulayaraq, rəqəmsal transformasiya proseslərinin əhəmiyyəti və sözügedən istiqamətdə strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini xüsusi olaraq qeyd edib.
Görüş zamanı həmçinin media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müasir kommunikasiya texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
29 Oktyabr 2026 13:39
"Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir" - MŞ
29 Oktyabr 2026 12:52
Etik prinsiplər, özünütənzimləmə, yanlış sərlövhə seçimi və peşəkar jurnalistikanın fərqi
28 Oktyabr 2026 17:25
Xoşqədəm Hidayətqızı Mehdiyevdən YAZDI: "Məni qəzaya salmaq istəyirdilər..."
28 Oktyabr 2026 14:46
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü - FOTOLAR
26 Oktyabr 2026 10:01
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57
Jurnalistlərin adından saxta mesajlar göndərilir - Mətbuat Şurasından xəbərdarlıq
19 Oktyabr 2026 17:28


Bakı -°C

