Olise zədələndi
Fransanın "Bavariya" klubunda çıxış edən yarımmüdafiəçisi Maykl Olise Almaniya çempionatının X turunda "Köln"lə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda zədələnib.
Adalet.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Görüşün 41-ci dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Tom Krausla toqquşan futbolçu fasilədə əvəzlənib.
Matçdan sonra "Allianz Arena" stadionunu qoltuqağacları ilə tərk edən 24 yaşlı futbolçunun zədəsinin ciddi ola biləcəyi ehtimal edilsə də, tibbi müayinə zamanı onun ayaq darağı nahiyəsində əzilmə aşkarlanıb.
"Bavariya"nın baş məşqçisi Vensan Kompani futbolçunun tezliklə sıraya dönəcəyinə ümid etdiyini bildirib.
"Düşünürəm ki, bu, sadəcə ehtiyat tədbiri idi. Ümid edirəm ki, Maykl bazar ertəsi özünü daha yaxşı hiss edəcək", – mütəxəssis deyib.
Digər Xəbərlər
21 Noyabr 2026 09:57
"Şamaxı" "Turan Tovuz"a, "Şəfa" "Qəbələ"yə qarşı
20 Noyabr 2026 23:35
Ronaldo 986-cı qolunu vurdu
20 Noyabr 2026 21:33
Yeni rekord olacaq: Bütün biletlər satıldı
20 Noyabr 2026 17:16
Ardanın maaşı 10 milyonu keçdi
20 Noyabr 2026 12:03
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
18 Noyabr 2026 16:21
Arda Güler 2032-ci ilədək "Real"da
18 Noyabr 2026 10:30
Portuqaliya yığmasında daha bir gərginlik: O da millinin düşərgəsini tərk etdi
18 Noyabr 2026 09:08


Bakı -°C

