Dövlət qulluqçularının rotasiya qaydası dəyişir
Dövlət qulluqçularının rotasiyası (dövlət qulluqçusunun başqa vəzifəyə keçirilməsi) ilə bağlı qaydalar dəyişir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçirilir.
Rotasiya dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, onun inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizənin artırılması məqsədi daşıyır.
Müvafiq inzibati vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmur. Həmçinin dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilmir.
1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib
Digər Xəbərlər
30 Sentyabr 2026 16:41
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək
30 Sentyabr 2026 16:24
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək
30 Sentyabr 2026 15:56
Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
30 Sentyabr 2026 12:23


Bakı -°C

