"Dövlət qulluğu sistematik dəyişikliklər mərhələsini yaşayır" - Komitə sədri
"Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilərək məhz məcəlləşdirilməsi zərurəti yaranıb. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası, konstitusiya hüquq nizamının milli ərazi yurisdiksiyası çərçivəsində təmin edilməsi və həmçinin dövlət qulluğu sahəsində həyata keçirilən institusional dəyişikliklər də yeni məcəllənin qəbulunu aktuallaşdırır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, 2021-ci ilin fevral ayında işğaldan azad olunan ərazilərdə müvafiq vəzifələri yeni hüquqi institut - Prezident Administrasiyasının struktur bölməsi olan Prezidentin xüsusi nümayəndələri həyata keçirir:
"Bu, tamamilə yeni strukturudur. Bu Naxçıvan Muxtar Respublikasında da öz əksini tapdı. Beləliklə biz görürük ki, dövlət quruculuğunda, dövlət qulluğunda yeni institusional mexanizmlər yaranır. Qeyd etdiyim kimi, bu məsələlər birbaşa dövlət qulluğu sisteminin ən mühüm komponentləri sırasında durur və göründüyü kimi, dövlət qulluğu sistematik dəyişikliklər mərhələsini yaşayır. Onun inkişafında müşahidə edilən tendensiyaların hüquqi insturimentlər vasitəsilə təsbit edilməsi üçün ən səmərəli varinat məcəllə forması seçilib".
Digər Xəbərlər
22 Oktyabr 2026 16:02
Əmirbəyov vacib görüşdə
22 Oktyabr 2026 12:24
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE
22 Oktyabr 2026 12:21
Prezident onu icra başçısı təyin etdi
22 Oktyabr 2026 12:20
Elçin Yusubov vəzifəsindən azad edilib
22 Oktyabr 2026 12:06
Azərbaycan Parlamentindən Fransada baş verənlərə MÜNASİBƏT
22 Oktyabr 2026 11:05
“Ukraynanın ədalətli sülhə, təhlükəsizliyə və öz gələcəyinə haqqı vardır”
22 Oktyabr 2026 10:50
“Bakı və Ankara birgə güc nümayişini davam etdirməlidirlər...”
22 Oktyabr 2026 10:30


Bakı -°C

