Hərbçilərin maaşları 50 faizə qədər ARTIRILACAQ
“İslahatın çərçivəsində hərbi qulluqçuların vəzifə və hərbi rütbələrindən asılı olaraq əmək haqlarında 50 faizə qədər, orta hesabla xalis əmək haqqında isə 22,8 faiz artım nəzərdə tutulur”.
Adalet.az xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında pensiya təminatı ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı deyib.
O bildirib ki, pensiya islahatının növbəti mərhələsində dövlət qulluqçularının, deputatların, Mərkəzi Seçki Komissiyası üzvlərinin, Hesablama Palatası üzvlərinin, diplomatik xidmət əməkdaşlarının və Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur.
M.Quliyev qeyd edib ki, hərbi qulluqçuların pensiya təminatı sistemində də dəyişiklik ediləcək. Onun sözlərinə görə, Müdafiə Nazirliyi sistemində xidmətdən buraxılan şəxslərin pensiyası fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalı və tutduğu hərbi rütbə əsas götürülməklə formalaşdırılacaq.
Deputat bildirib ki, yeni mexanizmlə hərbi qulluqçuların əmək pensiyası ilə yanaşı aylıq pensiya əlavəsi də təyin ediləcək. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyənləşdiriləcək.
Onun sözlərinə görə, hazırda hərbi qulluqçuların əmək pensiyasının ümumi məbləği son təminat xəttinin maksimum 100 faizi həcmində hesablanır. İslahatdan sonra isə əmək pensiyası və aylıq pensiya əlavəsinin ümumi məbləği təminat xəttinin 100 faizini də keçə biləcək.
M.Quliyev əlavə edib ki, hərbi qulluqçuların əməkhaqlarında nəzərdə tutulan artım üçün illik 550 milyon manat əlavə vəsait ayrılması planlaşdırılır. Yeni əməkhaqqı sistemində vəzifə maaşı pillələrinin rütbə maaşı ilə əvəzlənməsi və rütbə maaşının ümumi gəlirlərdə xüsusi çəkisinin 70 faizə çatdırılması nəzərdə tutulur.
Deputat həmçinin əmək pensiyalarının və fərdi hesablarda toplanan pensiya kapitallarının indeksasiyası mexanizminin dəyişdiriləcəyini bildirib. Onun sözlərinə görə, pensiya və pensiya kapitalının məbləğindən asılı olaraq diferensial yanaşma tətbiq ediləcək.
M.Quliyev vurğulayıb ki, yeni qaydalar islahatdan əvvəl təyin edilmiş pensiyalara təsir etməyəcək və həmin pensiyaların ödənişi əvvəlki qaydada davam etdiriləcək.
Digər Xəbərlər
30 Sentyabr 2026 15:57
"Dövlət qulluğu sistematik dəyişikliklər mərhələsini yaşayır" - Komitə sədri
30 Sentyabr 2026 15:41
Satınalmalarla bağlı yeni qaydalar müəyyən edilir
30 Sentyabr 2026 15:40
Bu qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur
30 Sentyabr 2026 15:38
Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdirilir
30 Sentyabr 2026 15:33
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOLAR
30 Sentyabr 2026 15:28
"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti azaldılır
30 Sentyabr 2026 15:23
Milli Məclis daha bir sazişi təsdiqlədi
30 Sentyabr 2026 13:28


Bakı -°C

