Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdirilir
Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdirilir.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Qeyd edilib ki, təqdim olunan qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə (bundan sonra TM) qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-ın müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanıb.
TM-in digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.
Bu baxımdan TM-ə qarşı mübarizədə əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi deyil, həmçinin terror fəaliyyətində istifadə edilə biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirə edilməsindən ibarətdir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, layihə ilə hüquqi şəxslərin TM ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərin tətbiqi üçün zəruri hüquqi imkanların yaradılması nəzərdə tutulur.
Təklif olunan tənzimləmə Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri və FATF standartlarının məqsəd və tələbləri ilə uzlaşır, eyni zamanda TM-in qarşısının alınması sahəsində milli hüquqi mexanizmlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Layihədə təqdim olunan digər dəyişikliklər hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi icraatın xüsusiyyətlərini nəzərə alaraq mahiyyət etibarılə uyğunlaşdırma xarakteri daşıyır.
Digər Xəbərlər
30 Sentyabr 2026 16:06
Hərbçilərin maaşları 50 faizə qədər ARTIRILACAQ
30 Sentyabr 2026 15:57
"Dövlət qulluğu sistematik dəyişikliklər mərhələsini yaşayır" - Komitə sədri
30 Sentyabr 2026 15:41
Satınalmalarla bağlı yeni qaydalar müəyyən edilir
30 Sentyabr 2026 15:40
Bu qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur
30 Sentyabr 2026 15:33
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOLAR
30 Sentyabr 2026 15:28
"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti azaldılır
30 Sentyabr 2026 15:23
Milli Məclis daha bir sazişi təsdiqlədi
30 Sentyabr 2026 13:28


Bakı -°C

