“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
Vergi Xidmətindən Adalet.az-a bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il oktyabrın 1-dən qüvvəyə minib.
Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu halda ƏDV-ni həmin şirkətlər özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması rəqəmsal iqtisadiyyat üzrə yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması, həmçinin vergi öhdəliklərinin yerinə yetirilməsi üçün əlverişli mexanizmlərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Digər Xəbərlər
22 Noyabr 2026 23:45
Hər il bir milyon kiberinsident qeydə alınır - Kleyton
18 Noyabr 2026 11:45
Ağıllı saatlarla bağlı 20 manat aksiz vergisi tətbiq olunacaq
18 Noyabr 2026 07:13
Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb
17 Noyabr 2026 17:15
“Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTOLAR
16 Noyabr 2026 16:31
Bu ölkələrdə "Telegram" bloklandı - YENİLƏNİB
14 Noyabr 2026 22:00
“Meta” istifadəçilərin qalereyasına icazəsiz daxil olub - 805 milyon cərimələndi
05 Noyabr 2026 11:08
MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 Noyabr 2026 07:36


Bakı -°C

