Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Yaponiya hökuməti on milyonlarla istifadəçinin fərdi məlumatlarının sızmasına səbəb olan kiberhücumların artmasına qarşı mübarizə aparmaq üçün xüsusi qrup yaratmağı planlaşdırır.
Adalet.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, qrupa dövlət və özəl sektorun nümayəndələri daxil ediləcək.
"NHK" nəşri isə bildirib ki, hökumət həmçinin şirkətləri saxlanmasına artıq ehtiyac olmayan istifadəçi məlumatlarını, o cümlədən şəxsiyyətin təsdiqlənməsi üçün istifadə edilən sənədlərin görüntülərini silməyə məcbur etməyi nəzərdə tutur.
Son həftələr Yaponiyada şirkət və müəssisələrin informasiya sistemlərinin sındırılması, nəticədə böyük həcmdə fərdi məlumatların sızması ilə bağlı xəbərlər artıb.
Bu insidentlər fonunda hökumət oktyabrın 26-da kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş xüsusi müşavirə keçirib. Müşavirənin yekununda Baş nazir Sanae Takaiçi təcili tədbirlərin görülməsini tələb edib və "təhdidlərin neytrallaşdırılması" imkanını da istisna etməyib.
Bununla belə, hakimiyyət orqanları kiber təhdidlərin neytrallaşdırılması dedikdə konkret hansı tədbirlərin nəzərdə tutulduğunu hələ açıqlamayıb.
Bundan əvvəl haker hücumuna məruz qalan Yaponiyanın GMO şirkəti hökuməti aktiv kibermüdafiə tədbirlərini gücləndirməyə çağırıb. Yerli KİV-in qiymətləndirməsinə görə, belə tədbirlər hakerlərin istifadə etdiyi serverlərin müəyyənləşdirilməsini, onların sistemlərinə müdaxiləni və sonradan zərərsizləşdirilməsini əhatə edə bilər.
Digər Xəbərlər
03 Noyabr 2026 16:16
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
03 Noyabr 2026 06:57
Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
03 Noyabr 2026 06:56
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
28 Oktyabr 2026 09:24
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
28 Oktyabr 2026 07:14
Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
27 Oktyabr 2026 16:27
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
26 Oktyabr 2026 11:04
“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin
25 Oktyabr 2026 12:55


Bakı -°C

