Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz - Valideynlərin nəzərinə!
“TikTok” platforması yenilənmiş “Ailə ayarları” funksiyasını təqdim edib.
Adalet.az xəbər verir ki, bununla valideynlər öz hesablarını yeniyetmə övladlarının hesabları ilə əlaqələndirəcək, məxfilik parametrlərini idarə edə biləcəklər.
Yeniliklər arasında “Ailə parametrləri” funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfindən yaradılan kontentin tanınması və kontent yaradıcılarının razılığı olmadan onların xarici görünüşündən istifadə edilməsinin qarşısını almağa yönəlmiş yeni texnologiyaların tətbiqi yer alır.
Yenilənmiş interfeys dörd əsas istiqaməti əhatə edir:
- Ekran vaxtı - Artıq valideynlər “Ailə ayarları” funksiyasından istifadə edərkən ilk növbədə yeniyetmənin “TikTok”da keçirdiyi orta vaxt, gecə saatlarındakı aktivliyi və müəyyən edilmiş məhdudiyyətlər barədə məlumatları görə biləcək. Bu məlumatlar əvvəllər əlçatan olsa da, son yeniləmələr sayəsində daha aydın və nəzərdən keçirilməsi asan formada təqdim olunur.
- Qarşılıqlı əlaqələr - Valideynlər yeniyetmənin qarşılıqlı əlaqədə olduğu hesabları, eləcə də blokladığı profilləri görə biləcək.
- Maraq dairəsi - Valideynlər yeniyetmənin hansı mövzulara və icmalara maraq göstərdiyini daha yaxşı anlayacaq.
- Paylaşımlar - Yeni bölmə valideynlərə yeniyetmənin həftə ərzində paylaşdığı açıq videoları və həmin videoların baxış sayını görməyə imkan verəcək.
Bildirilir ki, bu məlumatlar hər gün yenilənəcək. Valideynlərin rahatlığı üçün yenilənmiş “Ailə ayarları” funksiyası veb-brauzer vasitəsilə də əlçatan olacaq.
“Ailə ayarları” funksiyasının gələcək inkişafı çərçivəsində “TikTok” yeniyetmənin intihar və ya özünə zərər vermə mövzuları ilə bağlı materialları təkrarən axtarması halında valideynləri məlumatlandıracaq bildirişlər üzərində də işləyir. Bildirişlə yanaşı, valideynlərə yaranmış vəziyyəti yeniyetmə ilə həssas şəkildə müzakirə etmək və ona dəstək təklif etmək yolları barədə tövsiyələr də təqdim olunacaq.
“TikTok”, həmçinin kontent yaradıcılarına və ictimai şəxslərə xarici görünüşlərindən onların razılığı olmadan istifadə oluna bilən süni intellektlə yaradılmış məzmunu aşkar etməyə kömək edən “Likeness Detection” alətinin bütün dünyada mərhələli şəkildə tətbiq olunacağını elan edib.
Digər Xəbərlər
24 Noyabr 2026 08:42
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
22 Noyabr 2026 23:45
Hər il bir milyon kiberinsident qeydə alınır - Kleyton
18 Noyabr 2026 11:45
Ağıllı saatlarla bağlı 20 manat aksiz vergisi tətbiq olunacaq
18 Noyabr 2026 07:13
Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb
17 Noyabr 2026 17:15
“Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTOLAR
16 Noyabr 2026 16:31
Bu ölkələrdə "Telegram" bloklandı - YENİLƏNİB
14 Noyabr 2026 22:00
“Meta” istifadəçilərin qalereyasına icazəsiz daxil olub - 805 milyon cərimələndi
05 Noyabr 2026 11:08


Bakı -°C

