Milli Məclisin iclası başladı
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Adalet.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.
İclasda ilk olaraq Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR, “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” arasında dəyişdirilmiş sazişin təsdiq edilməsi müzakirə olunacaq.
Bundan başqa, “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulma məsələsinə baxılacaq.
Deputatlar “Telekommunikasiya haqqında” Qanuna dəyişiklikləri (üçüncü oxunuş), Miqrasiya Məcəlləsinə dəyişiklikləri, eləcə də Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə dəyişiklikləri müzakirə edəcəklər.
Gündəliyə, həmçinin Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna, eləcə də Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişikliklər daxildir. Hər iki layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
İclasda ilk oxunuşda “Maraqlar toqquşması haqqında” qanun layihəsi, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna dəyişikliklər və “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər də müzakirə olunacaq.
Digər Xəbərlər
24 Noyabr 2026 11:07
Gürcüstan XİN rəhbəri Azərbaycana gəlir
24 Noyabr 2026 11:00
Hicran Hüseynova: Bəzi ailələrdə təhsilə qarşı geridəqalmış düşüncə hələ də qalır
24 Noyabr 2026 10:39
”Kəlbəcərdə təhlükəsiz yaşayış, sosial ehtiyacların təmin olunması əsas prioritetlərdəndir”
24 Noyabr 2026 10:10
“Ermənistan cəmiyyəti xarici siyasət kursu və Azərbaycanla sülh məsələsində...”
24 Noyabr 2026 10:00
“Azərbaycan Borçalını təcili İran təsirindən azad etməlidir”
24 Noyabr 2026 09:30
Qərb Ukraynaya dəstəyi artırır - Politoloq
23 Noyabr 2026 22:28
Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu
23 Noyabr 2026 18:28


Bakı -°C

