Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb
Amerika texnologiya şirkəti Nvidia artıq Çinə süni intellekt (Sİ) sistemləri üçün H200 çipləri tədarük etmir.
Adalet.az xəbər verir ki, bu barədə Nvidia şirkətinin baş icraçı direktorunun səlahiyyətlərini icra edən Kolet Kress CNBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, şirkətin Çinə ümumi tədarükünün təxminən 10 faizi oyun sənayesi, avtomobil sektoru və iş stansiyaları üçün nəzərdə tutulan məhsulların payına düşür.
Kress qeyd edib ki, H200 çipləri yalnız ixracına lisenziya əsasında icazə verilən məhsullar olub və ötən rübdə Çinə tədarük edilib. Lakin hazırda Nvidia bu çipləri, o cümlədən Çinə göndərmir.
Ötən həftə ABŞ-nin maliyyə naziri Skott Bessent ölkənin ticarət naziri Hovard Latniki Çinə yüksək texnologiyalı məhsulların ixracına nəzarət tədbirlərini kifayət qədər sərt tətbiq etməməkdə faktiki olaraq ittiham edib.
ABŞ Prezidenti Donald Tramp isə daha sonra Latnikin rəhbərlik etdiyi qurumun Çinə ixrac nəzarətini lazımi səviyyədə həyata keçirməməsi səbəbindən milli təhlükəsizliyin zərər görməsi ilə bağlı iddiaları rədd edib. O, həmçinin Nvidia şirkətinin Çinə ən müasir mikrosxemləri tədarük etmədiyini xatırladıb.
Digər Xəbərlər
17 Noyabr 2026 17:15
“Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTOLAR
16 Noyabr 2026 16:31
Bu ölkələrdə "Telegram" bloklandı - YENİLƏNİB
14 Noyabr 2026 22:00
“Meta” istifadəçilərin qalereyasına icazəsiz daxil olub - 805 milyon cərimələndi
05 Noyabr 2026 11:08
MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 Noyabr 2026 07:36
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
03 Noyabr 2026 16:16
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
03 Noyabr 2026 06:57
Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
03 Noyabr 2026 06:56


Bakı -°C

