adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 07:17
56
DÜNYA
A- A+

ABŞ hərbçiləri İrana müddəti bitmiş raketlər atıb

ABŞ Hərbi Dəniz Qüvvələri İranla müharibə zamanı əvvəlcədən status kodlarını dəyişdirməklə istifadə müddəti bitmiş raketlərdən yararlanıb.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hunq Kao Senatda keçirilən dinləmələrdə bildirib.

O, bu təcrübəni köhnəlmiş çörəyin su və mikrodalğalı sobanın köməyi ilə yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi ilə müqayisə edib.

Kaonun sözlərinə görə, "Epik qəzəb" əməliyyatı zamanı istifadə olunan bəzi döyüş sursatlarının üzərində "Echo" və "Foxtrot" kodları olub. Bu kodlar müvafiq materialların əlavə bərpa və ya təmir işləri aparılmadan istifadəyə yararsız olduğunu göstərib. Buna baxmayaraq, Hərbi Dəniz Qüvvələri onların statusunu dəyişdirərək silahlardan istifadə edə bilib.

"Mən kasıb ailədə böyümüşəm. Mənim üçün çörək kimi şeylər xarab olmur. Sadəcə üzərinə bir az su çiləmək və mikrodalğalı sobada 15 saniyə qızdırmaq kifayətdir, sonra onu yemək olar", - deyə Kao bildirib.